satellite   Azerspace-1: 11135 H 30000

Ağbulaq İstirahət Mərkəzində “Gənclik düşərgəsi”nə start verilib - FOTOLAR

Ağbulaq İstirahət Mərkəzində “Gənclik düşərgəsi”nə start verilib<font color=red> - FOTOLAR</font> Ağbulaq İstirahət Mərkəzində “Gənclik düşərgəsi”nə start verilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində "Gənclik düşərgəsi"nə start verilib. 5 gün ərzində 50 gəncin iştirakı ilə müxtəlif istiqamətlər üzrə davam edəcək düşərgə ötən gün "Şəbəkələşmə günü" tədbiri ilə start götürüb.

İstirahət Mərkəzi ilə tanış olan və təlimatlandırılan iştirakçılar komandalara bölünüb və komandalar üçün tapşırıqlar müəyyənləşdirilib.

Açılış tədbirinin ardınca intellektual oyun, komanda təqdimatları saatı təşkil olunub.

“Gənclik düşərgəsi” çərçivəsində gənclərin hərbi hissəyə səfəri, İkinci Qarabağ müharibəsi iştirakçıları, eyni zamanda hərbi pilotlarla görüşü, panel müzakirələr, tonqal ətrafında poeziya saatı, “Milli dəyərlərin innovativ-kreativ təbliği” müsabiqəsi üçün hazırlanan komanda işlərinin təqdimatı planlaşdırılır.

Düşərgənin sonunda fəal gənclərə sertifikatlar təqdim olunacaq.

 

Sevda Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:23 25.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM