satellite   Azerspace-1: 11135 H 30000

“Arsenal” - PSV oyununun keçiriləcəyi vaxt açıqlanıb

“Arsenal” - PSV oyununun keçiriləcəyi vaxt açıqlanıb

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda təxirə salınan “Arsenal” (İngiltərə) - PSV (Niderland) oyununun keçiriləcəyi vaxt açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, görüş oktyabrın 20-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Həmçinin bu səbəbdən Premyer Liqadakı "Arsenal" - "Mançester Siti" qarşılaşması təxirə salınıb.

Xatırladaq ki, "Arsenal" - PSV oyunu sentyabrın 15-də keçirilməli idi. Lakin matç Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemlərə görə təxirə salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM