satellite   Azerspace-1: 11135 H 30000

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tura start veriləcək

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tura start veriləcək

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tura start veriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 8 qrupda ümumilikdə 15 görüş keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ” doğma meydanda Fransanın “Nant” klubunu qəbul edəcək. Saat 20:45-də start götürəcək matçı albaniyalı hakimlər briqadası idarə edəcək. “Nant” ilk turda Yunanıstanın “Olimpiakos” komandasını məğlub edib - 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.

A qrupunun “Arsenal" (İngiltərə) - PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.

Günün oyunları aşağıdakılardır:

Qrup mərhələsi, ikinci tur

A qrupu

23:00 - "Budö Qlimt" (Norveç) - "Sürix" (İsveçrə)

Xal durumu: "Arsenal" - 3, "Budö Qlimt" - 1, PSV - 1, "Sürix" - 0

B qrupu

23:00 - "Dinamo" (Kiyev, Ukrayna) - AEK (Larnaka, Kipr)

23:00 - "Renn" (Fransa) - "Fənərbağça" (Türkiyə)

Xal durumu: "Renn" - 3, "Fənərbağça" - 3, "Dinamo" - 0, AEK - 0

C qrupu

23:00 - "Betis" (İspaniya) - "Lüdoqorets" (Bolqarıstan)

23:00 - "Roma" (İtaliya) - HİK (Finlandiya)

Xal durumu: "Betis" - 3, "Lüdoqorets" - 3, "Roma" - 0, HİK - 0

D qrupu

23:00 - "Braqa" (Portuqaliya) - "Yunion" (Berlin, Almaniya)

23:00 - "Yunion" (Belçika) - "Malmö" (İsveç)

Xal durumu: "Braqa" - 3, "Yunion" - 3, "Yunion" (Berlin) - 0, "Malmö" - 0

E qrupu

20:45 - "Şerif" (Moldova) - "Mançester Yunayted" (İngiltərə)

20:45 - "Real Sosyedad" (İspaniya) - "Omoniya" (Kipr)

Xal durumu: "Şerif" - 3, "Real Sosyedad" - 3, "Mançester Yunayted" - 0, "Omoniya" - 0

F qrupu

20:45 - "Midtüllan" (Danimarka) - "Latsio" (İtaliya)

20:45 - "Feyenoord" (Niderland) - "Şturm" (Avstriya)

Xal durumu: "Latsio" - 3, "Şturm" - 3, "Midtüllan" - 0, "Feyenoord" - 0

G qrupu

20:45 - "Olimpiakos" (Yunanıstan) - "Frayburq" (Almaniya)

20:45 - "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa)

Xal durumu: "Frayburq" - 3, "Nant" - 3, "Qarabağ" - 0, "Olimpiakos" - 0

H qrupu

23:00 - "Trabzonspor" (Türkiyə) - "Srvena Zvezda" (Serbiya)

23:00 - "Monako" (Fransa) - "Ferentsvaroş" (Macarıstan)

Xal durumu: "Ferentsvaroş" - 3, "Monako" - 3, "Srvena Zvezda" - 0, "Trabzonspor" – 0.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM