satellite   Azerspace-1: 11135 H 30000

Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Azərbaycan cüdoçusu Nizami İmranov Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında qələbə qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Rikardu Pireslə (Portuqaliya) üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibinə vazari xalı ilə qalib gələn İmranov 1/8 finala yüksəlib. İdmançı növbəti raundda Tornike Maziaşvili (Gürcüstan) ilə görüşəcək.

Qadınların yarışında 57 kq-dakı Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauriyə (Gürcüstan) uduzub.

Qeyd edək ki, bu gün 60 kq-dakı Turan Bayramov və 8 kq-dakı Könül Əliyeva da mübarizəyə start verəcək

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM