satellite   Azerspace-1: 11135 H 30000

Qurban Qurbanov: Qələbəni şəhidlərə və Azərbaycan Ordusuna həsr edirəm

Qurban Qurbanov: Qələbəni şəhidlərə və Azərbaycan Ordusuna həsr edirəm

Fərqli hissələr oldu. Amma bizim üçün ilk yarıda intizamlı oynamaq vacib idi. İlk dəqiqələrdən ehtiyatlanırdıq. Çünki rəqibin heyətində bacarıqlı futbolçular var.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” komandasını Bakıda 3:0 hesabı ilə məğlub edən Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra "CBC Sport"a açıqlamasında deyib.

Q.Qurbanov bildirib ki, maraqlı qələbə oldu. Belə böyük komandanı 3 cavabsız qolla məğlub etmək hamımızı sevindirir. Hər kəsi təbrik edirəm. Qələbəni şəhidlərə və Azərbaycan Ordusuna həsr edirəm. Bu gün əlavə şəhidlərimiz oldu. Çox üzüldük. Belə bir gündə qalib gəlmək istəyirdik. Ona görə həyəcan var idi. Allah ordumuzu qorusun.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM