satellite   Azerspace-1: 11135 H 30000

Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında mübarizəyə başlayacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin verdiyi məlumata görə, yarışın 2-ci günündə tatamiyə çıxacaq idmançılardan 3-ü kişi, biri isə qadındır.

73 kq-da Vüsal Qələndərzadə 1/8 finalda Kyartan Hreydarssonla (İslandiya) üz-üzə gələcək.

81 kq çəki dərəcəsində Ömər Rəcəbli Randel Pasteli (Estoniya), Elcan Hacıyev Marko Yanseri (Monteneqro) sınağa çəkəcək. Hər iki görüş 1/8 finala təsadüf edəcək.

Qadınlardan isə 63 kq-da çıxış edən Aytac Qardaşxanlı 1/16 finalda Nele Noakla (Almaniya) görüşəcək.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM