satellite   Azerspace-1: 11135 H 30000

Hacı Əliyev dünya çempionatında yarımfinala yüksəlib

Hacı Əliyev dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu 1/8 finalda Aqustin Destribatsa (Argentina), 1/4 finalda isə Abbos Rahmonova (Özbəkistan) qalib gəlib.

61 kq-dakı İslam Bazarqanov 1/8 finalda Reza Ahmadali Atreqanarçiyə (İran) uduzub. 97 kq-dakı Maqomedxan Maqomedov Erik Tilyeni (Almaniya) məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Bu gün həmçinin 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda qarşılaşmada Yuşanq Bi (Çin) / Radoslav Martsinkeviç (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM