satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksələ bilməyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda Rəhman Amuzadxəliliyə (İran) uduzub.

Əliyev sabah bürünc medal uğrunda qarşılaşmaya qatılacaq.

61 kq-dakı İslam Bazarqanovun 1/8 finalda uduzduğu Reza Ahmadali Atreqanarçi (İran) finala yüksəldiyindən Azərbaycan təmsilçisi təsəlliverici görüşdə iştirak hüququ əldə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM