satellite   Azerspace-1: 11135 H 30000

Güləşçimiz Hacı Əliyev dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Güləşçimiz Hacı Əliyev dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, çempionatın sonuncu günündə üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev (65 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Güləşçimizin rəqibi təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.

Millimizin 2 üzvü də təsəlliverici görüşə çıxacaq. Belə ki, İslam Bazarqanov (61 kq) Beşir Alili (Şimali Makedoniya), Maqomedxan Maqomedov (97 kq) isə polşalı Zbiqniev Baranovski ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında ikinci yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM