satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında medal qazana bilməyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu bürünc medal uğrunda qarşılaşmada Macarıstan təmsilçisi İsmail Musukayevə uduzub.

Bu gün həmçinin 97 kq-da yer alan Maqomedxan Maqomedov bürünc medal görüşündə iranlı Məhəmmədhüseyn Məhəmmədianla üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM