satellite   Azerspace-1: 11135 H 30000

İspaniya La Liqası: Madrid derbisinin qalibi müəyyənləşib

İspaniya La Liqası: Madrid derbisinin qalibi müəyyənləşib

Futbol üzrə İspaniya La Liqasının 6-cı turunun mərkəzi görüşü keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Atletiko Madrid ”klubu “Vanda Metropolitano”da “Real Madrid”i qəbul edib.

Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:2. “Real”ın heyətində Rodriqo və Federiko Valverde fərqləniblər.”Atletiko”nun heyətində isə təsəlli qolunu Mario Hermoso vurub.

Bu qələbə sayəsində xal ehtiyatını 18-ə çatdıran “Real” turnir cədvəlində liderliyini davam etdirir. “Atletiko” isə 10 xalla yeddinci yerdə qərarlaşıb.

Qeyd edək ki, cari mövsüm iddialı çıxış edən “Barselona” klubu qələbələrini sıralamağda davam edir. Kataloniya təmsilçisi səfərdə “Elçe” komandasını 3-0 hesabıyla məğlub edib. Bu nəticələrdən sonra "Real Madrid" 18 xalla 1-ci, "Barselona" 16 xalla 2-ci, "Betis" isə 15 xalla 3-cüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM