satellite   Azerspace-1: 11135 H 30000

Messi Ronaldunun rekordunu qırıb

Messi Ronaldunun rekordunu qırıb

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunun rekordunu qırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 35 yaşlı hücumçu buna "Lion"u səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Liqa 1-in VIII tur oyununda nail olub.

5-ci dəqiqədə yeganə qolun müəllifi olan argentinalı oyunçu karyerasında penaltilər istisna olmaqla 672-ci dəfə fərqlənib. Təcrübəli forvard 671 dəfə rəqib qapılarına yol tapan Ronaldunu geridə qoyub.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. Hücumçunun klubla müqaviləsi 2023-cü ildə başa çatmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM