satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub. 21 ölkədən 189 idmançının mübarizə apardığı yarışı Azərbaycan millisi 4 medalla başa vurub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Hindistanlı Tali Taba və qazaxıstanlı Uslam Seksenbayevi məğlub edən Kənan Babayev (48 kq) finalda Vişvanat Sureşlə (Hindistan) üz-üzə gəlib. Döyüşdə rəqib qələbə qazandığından Avropa çempionumuz gümüş medala yiyələnib.

Millimizin ən ağır çəkili boksçusu Səbuhi Əlizadə (+92 kq) də turniri ikinci yerdə bitirib. Mikita Maliuta (Ukrayna) və İvan Yermolenko (Qazaxıstan) üzərində qələbə qazanan boksçumuz finalda Aleksandr Zelinskini (Ukrayna) sınağa çəkib. Görüşdə rəqib qalib gəldiyindən Əlizadə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Beləliklə, yığmamız turniri 2 gümüş və 2 bürünc medalla başa vurub. Komandamızın heyətində daha öncə Daniel Xolostenko (71 kq) və Fətəli İsmayılov (80 kq) 3-cü yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM