satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisinin Slovakiya və Qazaxıstan yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Slovakiya və Qazaxıstan yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb

UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 22-də Trnava şəhərində Slovakiya, 25-də isə Bakıda Qazaxıstan milli komandası ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, heyətə Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Emil Balayev (“Səbail”), Səlahət Ağayev (“Qəbələ”), Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Abbas Hüseynov (hamısı “Qarabağ”), Cəlal Hüseynov (“Şamaxı”), Amin Seydiyev (“Sabah”), Höccət Haqverdi (“Traktor”, İran), Anton Krivotsyuk (“Visla Plock”, Polşa), Qismət Alıyev (“Zirə”), Riçard Almeyda (“Qarabağ”), Elvin Camalov, Aleksey İsayev (hər ikisi “Sabah”), Eddi İsrafilov (“Neftçi”), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland), Emin Mahmudov (“Neftçi”), Anatoli Nuriyev (“Sabah”), Filip Ozobiç (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Zirə”), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə), Mahir Emreli (“Dinamo Zaqreb”, Xorvatiya), Musa Qurbanlı və Ramil Şeydayev (hər ikisi “Qarabağ”) dəvət olunublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM