satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan millisi Azərbaycan yığması ilə oyuna itki ilə çıxacaq

Qazaxıstan millisi Azərbaycan yığması ilə oyuna itki ilə çıxacaq

UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Azərbaycan millisi ilə qarşılaşacaq Qazaxıstan yığması oyuna itki ilə çıxacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Asxat Tagibergen cəzalı duruma düşüb.

Yerli “Tobol” klubunun futbolçusu bu səbəbdən sentyabrın 25-də Bakıda keçiriləcək görüşdə oynamayacaq. Qazaxıstan millisinin kapitanı 5-ci turun Belarusla görüşündə qırmızı vərəqə alıb.

Qeyd edək ki, Qazaxıstan millisi 13 xalla qrup liderliyini təmin edib və B liqasına vəsiqə qazanıb. Azərbaycan millisi isə 7 xalla 2-cidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM