satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 6-da Latviyanın paytaxtı Riqada start götürəcək Olimpiya çəkiləri üzrə Avropa çempionatı üçün heyəti müəyyənləşib.

Federasiyadan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, 2 gün davam edəcək yarışda yığmanın 6 üzvü mübarizə aparacaq.

Azərbaycanı qitə çempionatında baş məşqçi Məmməd Abdullayevin rəhərliyi altında Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) təmsil edəcəklər.

Milli komanda artıq turnirin hazırlığına başlayıb. Federasiyanın idman zalında təşkil olunan təlim-məşq toplanışı oktyabrın 3-də başa çatacaq. Komanda Riqaya oktyabrın 4-də yollanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM