satellite   Azerspace-1: 11135 H 30000

Fidan Teymurova Karate1 Seriya A turnirinin finalına yüksəlib

Fidan Teymurova Karate1 Seriya A turnirinin finalına yüksəlib

Türkiyənin Kocaeli şəhərində Karate1 Seriya A turniri keçirilir. Turnirdə 75 ölkədən 1078 idmançı iştirak edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz Fidan Teymurova (-50 kq) yarışın finalına vəsiqə qazanıb. Karateçimiz bir-birinin ardınca Belçika, Misir, Türkiyə, İran və Əlcəzair idmançılarını məğlub edib. F.Teymurova qızıl medal uğrunda həlledici görüşdə Xorvatiya təmsilçisi ilə qarşılaşacaq.

Hindistan, İran, Türkiyə və Ukrayna komandasının üzvlərini məğlub edən Osman Osmanlı (84+ kq) isə yarımfinalda uduzsa da, bürünc medal uğrunda yarışacaq.

Milli komandamızın əsas və əvəzedici heyətindən Mədinə Sadiqova (-55 kq), Nuran Rzazadə (-67 kq) və Murad Hacızadə (84 kq) təsəlliverici görüşlərdə mübarizəni davam edəcək.

Turnirə sentyabrın 25-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM