satellite   Azerspace-1: 11135 H 30000

Millətlər Liqası: Azərbaycan yığması ilk "5-lik"də yer alıb

Millətlər Liqası: Azərbaycan yığması ilk "5-lik"də yer alıb

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ən çox top qazanan komandaların siyahısında yer alıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu milli 6 görüşdə 248 dəfə buna müvəffəq olub.

Komanda bu göstəriciyə görə 4-cü pillədə qərarlaşıb. Fransa (260) 1-ci, Avstriya (257) 2-ci, Danimarka (251) isə 3-cüdür. İlk "5-liy"i Moldova (245) qapayır.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün qrup mərhələsinin sonuncu turunda Bakıda Qazaxıstan seşməsini 3 cavabsız qolla məğlub edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM