satellite   Azerspace-1: 11135 H 30000

Xorvatiya millisinin futbolçusu Luka Modriç yığmada tarixi uğura imza atıb

Xorvatiya millisinin futbolçusu Luka Modriç yığmada tarixi uğura imza atıb

Xorvatiya millisinin və “Real”ın futbolçusu Luka Modriç yığmada tarixi uğura imza atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, o, buna UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Avstriya ilə görüşdə (3:1) fərqlənməklə nail olub. L.Modriç qarşılaşmanın 6-cı dəqiqəsində hesabı açıb. Nəticədə 37 yaş 16 günlüyündə olan yarımmüdafiəçi Xorvatiya yığmasının tarixində qol vurmağı bacaran ən yaşlı futbolçu adını qazanıb. Bundan əvvəlki rekord Niko Kovaça məxsus idi - 36 yaş 327 gün.

Qeyd edək ki, Modriç 2006-cı ildən Xorvatiya millisinin üzvüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM