satellite   Azerspace-1: 11135 H 30000

Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək

Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 18:00-da Bolqarıstanın Albena şəhərində keçiriləcək oyunda lüksemburqlu həmyaşıdları ilə qarşılaşacaq.

Oyunu İslandiyadan olan baş hakim Helgi Mikael Jonasson idarə edəcək. Ona Egill Gudvardur Gudlaugsson (İslandiya) və Hristo Hadzhiyski (Bolqarıstan) kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Georgi Ginçev idarə edəcək.

Daha əvvəl millimiz Bolqarıstan (0:1) və Türkiyə (1:5) seçmələrinə məğlub olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM