satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan daha bir mötəbər yarışa ev sahibliyi etməyə hazırlaşır - VİDEO

Muxtar respublikamız yaxın günlərdə daha bir mötəbər yarışa ev sahibliyi edəcək. Ümumdünya Şahmat Federasiyasının qərarına əsasən, oktyabr ayında Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Hazırda beynəlxalq səviyyəli yarışa hazırlıq işləri davam etdirilir.

Olimpiada oktyabrın 1-dən 11-dək davam edəcək. Yarışın keçiriləcəyi Naxçıvan Şahmat Mərkəzində hazırlıq işləri yekunlaşmaq üzrədir.

Naxçıvan televiziyasının əməkdaşları yarışa hazırlıqla bağlı görülən işlərdən videomaterial hazırlayıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Xosrov İbrahimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM