Gənclər Şərurda tarixi abidə və muzeyləri ziyarət ediblər - FOTOLAR

Gənclər Şərurda tarixi abidə və muzeyləri ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Gənclər Şərurda tarixi abidə və muzeyləri ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Gənclər Şərurda tarixi abidə və muzeyləri ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Gənclər Şərurda tarixi abidə və muzeyləri ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Gənclər Şərurda tarixi abidə və muzeyləri ziyarət ediblər<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclərin muzeylərə ekskursiyası davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə növbəti gəzinti Şərur rayonuna təşkil olunub.

Ekskursiya zamanı gənclər Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyini və Cəlilkənd Buzxanasını ziyarət ediblər. Xatirə Muzeyində bildirilib ki, burada görkəmli dramaturq Cəlil Məmmədquluzadəyə aid sənəd, fotolar və şəxsi əşyalar nümayiş etdirilir. Xüsusilə böyük demokrat ədibin təşəbüsü və redaktorluğu ilə işıq üzü görən “Molla Nəsrəddin” jurnalının müxtəlif  dövrlərdə nəşr olunan nömrələri gənclərin marağa səbəb olub.

Ölkə əhəmiyyətli memarlıq abidələri sırasında olan XIX əsrə aid Cəlilkənd Buzxanası barədə məlumat verilərək bildirilib ki, dördkünc şəkildə inşa olunan tarixi tikili tağabənzər formada tamamlanıb və əhali tərəfindən uzun zaman istifadə olunub. Aşınmalara məruz qalan abidə 2015-ci ildə kompleks quruculuq tədbirləri nəticəsində bərpa olunub.

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edən gənclərə bildirilib ki, burada rayonun tarixini, mədəniyyətini, etnoqrafiyasını və təbiətini əks etdirən dəyərli eksponatlar vardır.

XVIII əsr yadigarı olan Yengicə kəndindəki qədim Şərq hamamını ziyarət zamanı gənclərə məlumat verilib ki, yenidənqurma işləri aparılaraq ikinci həyat verilən tarixi tikilidə müxtəlif sənətkarlıq və xidmət sahələrinin fəaliyyəti üçün otaqlar ayrılıb.

Sonda gənclərin ekskursiya zamanı əldə etdikləri biliklər əsasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Sevgili Mustafazadə

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM