satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. "Qəbələ" Bakıda "Səbail"in qonağı olacaq. "ASCO Arena"dakı görüş saat 19:00-da başlayacaq.

Hazırda əyalət təmsilçisi 12 xalla 4-cü, paytaxt klubu isə 5 xalla 7-ci pillədə qərarlaşıb. İki komanda indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəlib. Bunların 5-də "dənizçilər", 9-da "qırmızı-qaralar" qələbə qazanıb. 5 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbəti də Elmar Baxşıyevin baş məşqçi olduğu kollektivin xeyrinədir - 33:19.

Son 5 oyunda qol vuran komanda qalib gəlib. Ötən mövsümün 4 matçının hər birində ən azı iki qol qeydə alınıb.

Azərbaycan Premyer Liqası

VIII tur

30 sentyabr (cümə)

19:00. "Səbail" - "Qəbələ"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR: Rəşad Əhmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
“ASCO Arena”.

Qeyd edək ki, turun "Turan Tovuz" - "Zirə", "Qarabağ" - "Neftçi" oyunları oktyabrın 1-də, "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" matçları isə bir gün sonra keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM