satellite   Azerspace-1: 11135 H 30000

“Qalatasaray”ın sabiq futbolçusu Arda Turan üçün vida oyunu keçiriləcək

“Qalatasaray”ın sabiq futbolçusu Arda Turan üçün vida oyunu keçiriləcək

Karyerasını başa vuran “Qalatasaray”ın sabiq futbolçusu Arda Turan üçün vida oyunu keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu İstanbul təmsilçisinin vitse-prezidenti Erden Timur klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Vida oyununun keçirilmə vaxtı hələ məlum deyil.

Qeyd edək ki, A.Turan karyerasını 35 yaşında başa vurub. O, “Qalatasaray”, “Manisaspor”, “Atletiko”, “Barselona” və “İstanbul Başakşehir”də çıxış edib. Ardanın sonuncu klubu (2020-2022-ci illər) yetirməsi olduğu “Qalatasaray” olub. O, 2006-2017-ci illərdə Türkiyə millisində 100 oyunda meydana çıxıb, 17 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM