satellite   Azerspace-1: 11135 H 30000

Qadın şahmatçılarımız FIDE-nin reytinq siyahısında irəliləyiblər

Qadın şahmatçılarımız FIDE-nin reytinq siyahısında irəliləyiblər

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq siyahısı açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsenin (2856 xal) başçılıq etdiyi siyahıda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3 pillə geriləyib. Qrosmeyster 2747 xalla 13-cüdür. Eyni xala malik Teymur Rəcəbov bir mövqe itirərək 16-cı olub. Qədir Hüseynov (2661) bir pillə irəliləyərək 84-cü yeri tutub. Nicat Abbasov (2646) 101-ci, Rauf Məmmədov (2646) isə 102-ci sıradadır.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2483) 3, Ülviyyə Fətəliyeva (2422) 6, Gülnar Məmmədova (2389) 11, Xanım Balacayeva (2384) 9 pillə irəliləyib. G.Məmmədzadə 18-ci, Ü.Fətəliyeva 39-cu, G.Məmmədova 62-ci, X.Balacayeva isə 66-cı sıradadır. Azərbaycan millisinin digər üzvü Gövhər Beydullayeva (2356) ilk "100-lüy"ə düşüb. O, 2356 xalla 98-cidir.

Qadın şahmatçıların reytinq siyahısına çinli Yifan Hou (2650) başçılıq edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM