satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada stadionda iğtişaşlar nəticəsində azı 127 nəfər həlak olub

İndoneziyada stadionda iğtişaşlar nəticəsində azı 127 nəfər həlak olub

İndoneziyanın Malanq şəhərində stadionda iki futbol komandasının azarkeşləri arasında baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb, 180 nəfər isə yaralanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyunundan sonra başlayıb.

Polis əməkdaşlarının azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi izdihama səbəb olub. Ölənlər arasında iki polis əməkdaşı da var.

Yaralıların bir çoxu yolda və müalicə zamanı dünyasını dəyişib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM