satellite   Azerspace-1: 11135 H 30000

“Qəbələ” – “Hayduk” matçının biletləri satışa çıxarılıb

“Qəbələ” – “Hayduk” matçının biletləri satışa çıxarılıb

UEFA Gənclər Liqasının birinci mərhələsi çərçivəsində “Qəbələ” ilə Xorvatiyanın “Hayduk” klubunun U-19 komandaları arasında keçiriləcək cavab matçının biletləri satışa çıxarılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, biletlərin qiymətləri 2 və 5 manat təşkil edir.

Biletləri Qəbələ şəhər stadionu və "Qəbələ" oteldə yerləşən fan-şopdan əldə etmək olar.

Oktyabrın 4-də Qəbələ şəhər stadionunda oynanılacaq matçı Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Arda Kardeşler olacaq. Ona Mehmet Emin Tuğral və Süleyman Ozay kömək edəcəklər.

Komandalar arasında Xorvatiyada təşkil olunan ilk oyunda “Qəbələ” 0:3 hesabı ilə məğlub olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM