satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası start götürüb - VİDEO

Naxçıvan şəhərində start götürən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında ilk turun rəmzi gedişləri edilib.

Olimpiadanın ilk turunda qarşılaşan İran və Özbəkistan-2 komandalarının oyununda şahmat taxtası üzərində ilk rəmzi gedişləri Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovla FİDE-nin prezidenti Arkadi Dvorkoviç, “Azərbaycan-Naxçıvan”- Kuba komandalarının oyununda isə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovla Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov ediblər. Naxçıvan Şahmat Mərkəzində keçirilən yarışda 23 ölkənin 34 komandası mübarizə aparır.

Naxçıvan televiziyasının əməkdaşları Ümumdünya Şahmat Olimpiadasının ilk turundan videomaterial hazırlayıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Rəmzi Surxayoğlu

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM