satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Futbol üzrə Türkiyə Super Liqasında 2022/2023 mövsümünün ilk İstanbul derbisi baş tutub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, VIII tura təsadüf edən prinsipial oyunda "Fənərbağça" "Beşiktaş"ın qonağı olub. "Vodofon Park" stadionunda oynanılan görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra xallarını 15-ə çatdıran "qara qartallar" 6-cı, 14- xalı olan "bülbüllər" isə 7-ci pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, turnir cədvəlinə 17 xalla "Başahşehir" başçılıq edir. "Adana Demirspor", "Konyaspor" və "Qalatasaray" da eyni xala malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM