satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanı 2029-cu ildə Asiya Qış Oyunlarına ev sahibliyi edəcək

Səudiyyə Ərəbistanı 2029-cu ildə Asiya Qış Oyunlarına ev sahibliyi edəcək

Səudiyyə Ərəbistanının şimal-qərbindəki Noem şəhərinin Trojena kurortu 2029-cu ildə Asiya Qış Oyunlarına ev sahibliyi edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu məlumatı Krallığın idman naziri, bu ölkənin Milli Olimpiya Komitəsinin sədri şahzadə Əbdüləziz bin Turki Al Faysal tviter səhifəsində paylaşıb.

Səudiyyə Ərəbistanının namizədliyi Kambocada keçirilən Asiya Olimpiya Şurası (OCA) Baş Assambleyasının iclasında təsdiqlənib. Qış Oyunları ilə yanaşı, Krallığın İdman Nazirliyi Ər-Riyadda OCA-nın regional ofisinin fəaliyyətə başlayacağını da bəyan edib.

Qırmızı dənizə yaxın, Akaba körfəzinin sahilində yerləşən Trojena kurortu xizəkçilik və digər qış idman növləri üçün yaxşı şəraitə malikdir. Səudiyyə Ərəbistanı hökuməti 2026-cı ilədək burada mükəmməl dağ-xizəkçilik kompleksi yaratmağı nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM