satellite   Azerspace-1: 11135 H 30000

Millimizin Avropa çempionatının ilkin seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib

Millimizin Avropa çempionatının ilkin seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib

On yeddi yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının təqvimi müəyyənləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz B Liqasının 4-cü qrupunda Slovakiya və Latviya komandaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları Latviyada keçiriləcək.

Millimiz oktyabrın 23-də Latviya yığması ilə qarşılaşacaq. Matçın baş hakimi ingiltərəli Lisa Benn olacaq. Ona Sofie Dennington (İngiltərə) və Line Cathrine Nymoen (Norveç) kömək edəcəklər. Dördüncü hakim funksiyasını norveçli Emilie Torkelsen yerinə yetirəcək.

Oktyabrın 26-da Azərbaycan – Slovakiya matçı keçiriləcək. Qarşılaşmanın baş hakimi ukraynalı Anastasiya Romanyuk olacaq. Oleksandra Vdovina (Ukrayna), Sofie Dennington və Lisa Benn (İngiltərə) də oyuna təyinat alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM