satellite   Azerspace-1: 11135 H 30000

Güllə atıcılığı üzrə ustad dərsi təşkil olunub - FOTOLAR

Güllə atıcılığı üzrə ustad dərsi təşkil olunub<font color=red> - FOTOLAR</font> Güllə atıcılığı üzrə ustad dərsi təşkil olunub<font color=red> - FOTOLAR</font> Güllə atıcılığı üzrə ustad dərsi təşkil olunub<font color=red> - FOTOLAR</font> Güllə atıcılığı üzrə ustad dərsi təşkil olunub<font color=red> - FOTOLAR</font> Güllə atıcılığı üzrə ustad dərsi təşkil olunub<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Bakıdan dəvət olunan mütəxəsis tərəfindən Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının bələdçi və idmançıları üçün ustad dərsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının bələdçi və idmançılarının iştirak etdiyi ustad dərsi Azərbaycan Atıcılıq Federasiyası idarə heyətinin üzvü, güllə atıcılığı üzrə Azərbaycan seçmə komandasının üzvü, peşəkar məşqçi-müəllimi  Rəsul Məmmədov tərəfindən aparılıb.

Mütəxəssis güllə atıcılığında daha çox yol verilən səhvlər, xətalar, idmançıların və bələdçilərin yarış zamanı qarşılaşacaqları çətinliklər, peşəkar güllə atıcılarında tələb olunan keyfiyyətlər barədə ətraflı məlumat verib, təcrübələrini bölüşüb.

Sonra ustad dərsi Şərur Rayon Atıcılıq Mərkəzinin bazasında praktiki olaraq davam etdirilib. Mütəxəssis idmançılara güllə atıcılığı üzrə bir sıra vacib məsələləri əyani şəkildə izah edib.

Sonda tədbir iştirakçıları ustad dərsində əldə etdikləri bilikləri atışlar vasitəsilə praktiki icra ediblər.

Əli Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM