satellite   Azerspace-1: 11135 H 30000

“Olimpiakos” - “Qarabağ” matçında birinci hissə başa çatıb

“Olimpiakos” - “Qarabağ” matçında birinci hissə başa çatıb

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Olimpiakos” - “Qarabağ” oyununda birinci hissə başa çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, matçın 5-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Abdullah Zubir hesabı açsa da, VAR sisteminin müdaxiləsindən sonra Abdullah Zubirə ötürmə verən Leandro Andradenin topu qəbul edərkən oyundankənar vəziyyətdə olduğu məlum olub. Nəticədə referi qolu hesaba almayıb.

Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə qol vurulmayıb.

Georgios Karaiskakis stadionunda oynanılan qarşılaşmanı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edir. Həmin oyunda da birinci hissəyə yekun vurulub – 0:0.

Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM