satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ən çox qol vuran komandalar sırasında yer alıb

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ən çox qol vuran komandalar sırasında yer alıb

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ən çox qol vuran komandalar sırasında yer alıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, UEFA-nın rəsmi saytının açıqladığı statistik göstəriciyə əsasən, Ağdam təmsilçisi qrupun ilk 3 turunda 7 qol vurub. Bu göstəricidə onlar 32 komanda arasında üçüncü yerdə qərarlaşıb. “Mittüland” (Danimarka), “Frayburq” (Almaniya), "Betis” (İspaniya) də rəqib qapılarına 7 dəfə yol tapıb.

Siyahıda ilk pilləni isə 10 qolla “Feyenoord” (Niderland) tutur.

Qurban Qurbanovun komandası ilk 3 turda çərçivəyə ən çox zərbə endirən (24 dəfə) komandalar sırasında isə birinci yeri tutur. Bu zərbələrdən 7-si qol olub. İkinci-üçüncü pillələrdə “Frayburq”la “Betis” (hərəyə 20 dəfə) qərarlaşıb.

Xatırladaq ki, "Qarabağ" ötən gün "Olimpiakos"a Afinada 3:0 hesabı ilə qalib gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM