satellite   Azerspace-1: 11135 H 30000

Ümumdünya Şahmat Olimpiadasında altıncı turun oyunlarına yekun vurulub

Ümumdünya Şahmat Olimpiadasında altıncı turun oyunlarına yekun vurulub

16 yaşadək Ümumdünya Şahmat Olimpiadasında altıncı turun oyunlarına yekun vurulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Azərbaycan-Naxçıvan” komandası bu turda Banqladeş yığlması ilə üz-üzə gəlib. Fərdi görüşlərin heç birində məğlub olmayan və yalnız 1-ci turda heç-heçə edən Hüseyn Seyid Ferdusi Yannatulla oyunda da qələbəni təmin edib. Rza Həsənli Reja Manonla, Zərifə Abbasova isə Haq Sajidulla oyunda ağ-qara masanı məğlub tərk ediblər. Sadiq Abbasov Sadcid Mustafa Saklinlə görüşdən istədiyini ala bilməyib və komandamız 1:3 hesabı ilə məğlub olub. Ötən turu bir xalla başa vuran “Azərbaycan-1” komandası “Azərbaycan-4” komandası ilə görüşdə rəqibinə heç bir şans tanımayıb - 3:1. “Azərbaycan-3” komandası isə "CAR-1" komandası ilə görüşdə yalnız 0,5 xal toplaya bilib. Digər 3 görüşdə qalib gələn Afrika təmsilçisi ağ-qara taxtanı 3,5:0,5 hesablı qələbə ilə tərk edib. Latviya yığması ilə görüşdə “Azərbaycan-Sumqayıt” komandası məğlubiyyət yaşayıb - 1,5:2,5. 10-cu masada Malayziya yığması ilə üz-üzə gələn “Azərbaycan-2” komandası qələbə qazanıb – 2,5:1,5. Bu turda azarkeşlər iki lider komandanın görüşünü izləyib. “Türkiyə-Red” komandası Kuba yığması ilə qarşılaşıb. Çətin keçən oyunda qardaş ölkənin komandası qələbə qazanıb və liderliyini möhkəmlədib – 3:1. “İran” komandası “Qazaxıstan” komandası ilə üz-üzə gəlib. Son oyunda iranlıların ən reytinqli şahmatçısı Bardiya Daneşvarın Daniel Sapenov üzərində qalibiyyəti komandasına qələbə qazandırıb – 3:1. Heç kimin gözləmədiyi halda “Turkiyə-Anatolia” komandası “Özbəkistan-1” komandasına məğlub olub – 3,5:0,5. Hindistan yığması isə Monqolustan millisi ilə görüşün əvvəlində əldə etdiyi üstünlüyü sonadək davam etdirib və qalib gəlib - 3:1. 

6-cı turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb.

"Qırğızıstan"–"Meksika" – 2,5:1,5 

"Özbəkistan-2 "– "Türkiyə-White" – 3,5:0,5 

"Moldova" – "Şri-Lanka" – 1,5:2,5 

"Gürcüstan-1" – "İngiltərə" - 4:0

"CAR-2" – "Kanada "– 0,5:3,5 

"Panama" –"Livan"– 2,5-1,5

"Honkonq" – "Gürcüstan-2" – 3:1

"Misir" – "CAR-3" – 1,5:2,5 

Qeyd edək ki, hazırda turnir cədvəlinə 12 xalla “Türkiyə-Red” komandası başçılıq edir.

                                                           Rəmzi Tahirli

                                                       

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM