satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın futzal yığması əsas seçmə mərhələyə qələbə ilə başlayıb

Azərbaycanın futzal yığması əsas seçmə mərhələyə qələbə ilə başlayıb

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində mübarizəyə başlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv VI qrupdakı ilk matçında Polşanı qəbul edib. Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan yığmasının hesablı 4:3 qələbəsi ilə başa çatıb.

Hesabı 7-ci dəqiqədə qonaqlardan Matyuş Mrovyek açıb. 3 dəqiqə sonra Xətai Bağırov tarazlığı bərpa edib. 17 və 24-cü dəqiqələrdə fərqlənən Rafael Vilela hesab arasındakı fərqi 2 topa çatdırıb. 25-ci dəqiqədə Polşa seçməsindən Sebastyan Lesçak buraxılan qollardan birinin əvəzini çıxıb. 2 dəqiqə sonra polşalılar Kamil Surmyakın qolu ilə hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə 34-cü dəqiqədə Bolinya qoyub.

Dünya çempionatı, seçmə mərhələ

7 oktyabr

20:00. Azərbaycan - Polşa - 4:3

Qollar: Xətai Bağırov, 10. Rafael Vilela, 17; 24. Bolinya, 34 - Matyuş Mrovyek, 7. Sebastyan Lesçak, 25. Kamil Surmyak, 27

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ikinci oyununu oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM