satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə komandası Ümumdünya Şahmat Olimpiadasında liderliyini qoruyur

Türkiyə komandası Ümumdünya Şahmat Olimpiadasında liderliyini qoruyur

16 yaşadək Ümumdünya Şahmat Olimpiadasında yeddinci turun oyunlarına yekun vurulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Azərbaycan-Naxçıvan” komandası bu turda Honkonq yığması ilə üz-üzə gəlib. Fərdi görüşlərin heç birində məğlub olmayan və yalnız 1-ci turda heç-heçə edən Hüseyn Seyid Cheng Justin Hong-Cehn ilə oyunda da qələbəni təmin edib. Rza Həsənli-Yiheng Li, Rəcəb Abdullabəyli-Ben Han Xuqain qarşılaşmasında isə təmsilçilərimiz ağ-qara masanı məğlub tərk ediblər. Komandamızın qız təmsilçisi Nazlı Hümbətova isə Liyun Lang ilə görüşdən qalib ayrılıb. Komandamız rəqiblə hesabı bərabərləşdirib. 2:2. Ötən turu qələbə ilə başa vuran “Azərbaycan-1” komandası Qazaxıstan komandası ilə görüşdə uğurunu təkrarlaya bilməyib. 1,5:2,5-. “Azərbaycan-3” komandası isə Gürcüstan-2 komandası ilə görüşdə rəqibinə şans tanımayıb. 4:0. “Azərbaycan-Sumqayıt” komandası isə "CAR-2" komandası ilə görüşdən məğlub ayrılan tərəf olub. 3:1. Meksika yığması ilə üz-üzə gələn “Azərbaycan-2” komandası rəqiblə xalları yarı bölüb 2:2. Digər bir təmsilçimiz “Azərbaycan-4” komandası isə "Gürcüstan-1" komandası ilə hesabı bərabərləşdirib. 2:2.

Bu tur azarkeşlər iki lider komandanın görüşünü izləyib. “Türkiyə-Red” komandası növbəti dəfə İran yığması ilə qarşılaşıb. Çətin keçən oyunda qardaş ölkənin komandası qələbə qazanıb və liderliyini möhkəmlədib. 3:1. 7-ci turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

"Hindistan" — “Özbəkistan-1” - 1,5:2,5

“Özbəkistan -2” — "Kuba" - 3:1

“Türkiyə-Anatolia” — "Qırğızıstan" - 2:2

"Moldova" — "Monqolustan" - 2,5:1,5

"Banqladeş" — "Latviya" - 3:1

"CAR-1" — "Panama" - 2,5-1,5

"CAR-3" — "Malayziya" - 0,5-3,5

"Kanada" – "Türkiyə-White" - 1,5:2,5

"İngiltərə" — "Şri-Lanka" - 2,5:1,5

"Livan" — "Misir" - 3,5-0,5

Qeyd edək ki, oktyabrın 10-da yekun vurulacaq olimpiadada 23 ölkədən 34 komanda mübarizə aparır.

                                                                   Rəmzi Tahirli

                                                     

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM