Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” və qadınların təmsil olunduğu “Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa kubokunda çıxışlarını davam etdirirlər.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Vüqar Həşimov” komandası 6-cı turda “Schachgesellschaft Riehen” (İsveçrə) yığmasına 5:1 hesabı ilə qalib gələrək üçüncü yerə yüksəlib. Kişi şahmatçılarımız 6 turda 10 xal toplayıblar. “Odlar Yurdu” isə Avstriyanın “ASVOe Pamhagen” komandasına 1,5:2,5 hesabı ilə uduzub.
“Odlar Yurdu” 6 turun nəticəsinə görə 6 xalla 8-10-cu yerləri bölüşür.
