satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın veteran gülləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran gülləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran güləşçisi Elgiz Məmmədov Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, yunan-Roma növündə 88 kq çəki dərəcəsində çıxış edən idmançı A kateqoriyasında ikinci yeri tutub.

1/4 finalda türkiyəli Aytac Dəmirə “tuş”la qalib gələn Məmmədov yarımfinalda bolqarıstanlı Antonio Toşkovu 4:1 hesabıyla məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə qazaxıstanlı Andrey Samoxinə minimal fərqlə (4:5) uduzan Azərbaycan təmsilçisi gümüş medal əldə edib.

Qeyd edək ki, mundialda beynəlxalq kateqoriyalı hakim Əli Babayev ədaləti qoruyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM