satellite   Azerspace-1: 11135 H 30000

Ümumdünya Şahmat Olimpiadasında sonuncu turun oyunları keçirilib

Ümumdünya Şahmat Olimpiadasında sonuncu turun oyunları keçirilib

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, ilk dəfə olaraq Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.

“Türkiyə-Red” komandasının çempionluğu ilə başa çatan olimpiadanın son turu maraqlı oyunlarla yadda qalıb. Sonuncu turda “Azərbaycan-Naxçıvan” komandası "CAR-3" komandası ilə üz-üzə gəlib. Hüseyn Seyid, Rza Həsənli, Rəcəb Abdullabəyli və Nazlı Hümbətova dördlüsü ağ-qara masanı qələbə ilə tərk ediblər -4:0. Qeyd edək ki, olimpiadada Hüseyn Seyid 9 oyundan 7,5 xal toplamaqla, fərdi oyunlarda ən çox xal toplayan zəka sahiblərindən biri kimi adını tarixə yazdırdı. Sonuncu turda “Azərbaycan-1” komandası “Türkiyə-Anatolia” komandası ilə qarşılaşıb. Görüş komandamızın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. “Azərbaycan-2” komandası “Özbəkistan-2” komandası ilə 18-ci masada xalları yarı bölüblər - 2:2. "Şri-Lanka" yığmasını sınağa çəkən “Azərbaycan-4” komandası son turda qələbəyə sevinib - 3:1. “Azərbaycan-3” komandası isə "İngiltərə" millisi ilə görüşdə “sülh”ə imza atıb - 2:2. “Azərbaycan-Sumqayıt” komandası son turu böyükhesablı qələbə ilə başa vurub. Onlar “Gürcüstan-2” komandası qarşısında çətinlik çəkməyiblər - 4:0.

Olimpiadanın qalibi “Türkiyə-Red” komandası Hindistan yığmasını sınağa çəkib. Qardaş ölkə təmsilçilərinin qələbəsi həm də “Azərbaycan-1” komandasının mükafatçılar siyahısına düşməsinə yardımçı olub - 3:1. “Özbəkistan-1” komandası son turda "Kuba" yığmasını məğlub etməklə, olimpiadada gümüş medalın sahibi olub - 3:1.

9-cu turda keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

"Qazaxıstan" - “Gürcüstan-1” -3,5:0,5

"İran" - "Qırğızıstan" -3,5:0,5

"Moldova" - “Türkiyə-White” -1:3

"Kanada" - "Meksika" -2,5:1,5

"Monqolustan" - "Latviya" -2,5:1,5

"Banqladeş" - “CAR-1” -1,5:2,5

"Honkonq" - "Malayziya" -0,5:3,5

"Livan" - “CAR-2” -2,5:1,5

"Panama" - "Misir" -4:0.

Qeyd edək ki, “Türkiyə-Red” komandası 9 turdan ibarət 16 yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında mümkün olan 18 xalın hamısını toplamaqla, çempion adını qazanıb. Digər iki pillədə isə 15 xalla “Özbəkistan-1”, 13 xalla “Azərbaycan-1” komandaları qərarlaşıblar.

“Azərbaycan-Naxçıvan” komandası isə ötən olimpiadadan fərqli olaraq, bu dəfə xal ehtiyatını bir qədər də artırmağa nail olub. 8 xal toplayan komandamız mötəbər yarışı 20-ci pillədə başa vurub.

 

                                                           Rəmzi Tahirli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM