satellite   Azerspace-1: 11135 H 30000

Filip Ozobiç Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub

Filip Ozobiç Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub

Azərbaycan Premyer Liqasının IX turunun “Qəbələ” ilə səfər oyununda hesabı açan Filip Ozobiç üçün bu qol ikiqat yubileylə əlamətdar olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi həm çempionatda, həm də klubda yubiley qoluna imza atıb.

Futbolçu Premyer Liqada özünün 50-ci qolunu vurub. Bu toplardan 16-sı “Qəbələ”, 34-ü “Qarabağ”ın heyətində qeydə alınıb.

F.Ozobiç Ağdam klubunda ümumilikdə 40-cı dəfə fərqlənib. Onun hesabında çempionatdakı 34 topdan başqa 6 avrokubok qolu da var.

Qeyd edək ki, yarımmüdafiəçi Premyer Liqada ümumilikdə 129-cu, “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 136-cı matçını keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM