satellite   Azerspace-1: 11135 H 30000

“Atletiko” klubu Antuan Qrizmannı birdəfəlik transfer edib

“Atletiko” klubu Antuan Qrizmannı birdəfəlik transfer edib

“Atletiko” klubu “Barselona”dan icarəyə götürdüyü Antuan Qrizmannı birdəfəlik transfer edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Otuz bir yaşlı hücumçu ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb. Madrid təmsilçisi keçidə görə 20+4 milyon avro ödəyəcək.

Qeyd edək ki, Qrizmann 2021-ci ilin yayından icarə əsasında “Atletiko”da oynayır. O, 2014-2019-cu illərdə də bu komandanın formasını geyinib. Fransalı oyunçu 2019-cu ildə 120 milyon avroya "Barselona"ya transfer olunmuşdu. Qrizmann bu mövsüm “Atletiko”nun heyətində 11 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM