satellite   Azerspace-1: 11135 H 30000

Cüdoçumuz dünya çempionatının yarımfinalında mübarizə aparacaq

Cüdoçumuz dünya çempionatının yarımfinalında mübarizə aparacaq

Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu gün kişilər arasında 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev ilk mərhələdə Daniel Eiçi (İsveçrə), növbəti qarşılaşmalarda Nurluxan Şarxan (Qazaxıstan) və dörddəbir finalda ikiqat dünya çempionu Xorxe Fonsekanı (Portuqaliya) məğlub edərək yarımfinala yüksəlib. Cüdoçumuz yarımfinalda Kayl Reyeslə (Kanada) mübarizə aparacaq.

Qeyd edək ki, hələlik komandamızın aktivində 1 medal var. Belə ki, Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM