satellite   Azerspace-1: 11135 H 30000

Daha bir cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb

Daha bir cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında daha bir cüdoçumuz bürünc medal qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu gün kişilər arasında 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev ilk mərhələdə Daniel Eiçi (İsveçrə), növbəti qarşılaşmalarda Nurluxan Şarxan (Qazaxıstan) və dörddəbir finalda ikiqat dünya çempionu Xorxe Fonsekanı (Portuqaliya) məğlub etsə də, yarımfinalda Kayl Reyesə (Kanada) uduzub. Cüdoçumuz üçüncü yer uğrunda belçikalı Toma Nikiforovla qalib gələrək bürünc medala sahib olub.

Qeyd edək ki, bundan əvvəl komandamızın üzvü Hidayət Heydərov (73 kq) üçüncü yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM