satellite   Azerspace-1: 11135 H 30000

Mbappe PSJ-nin Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub

Mbappe PSJ-nin Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub

Kilian Mbappe Fransanın PSJ klubunun UEFA Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 24 yaşlı hücumçu buna evdə Portuqaliya "Benfika"sı ilə 1:1 hesablı heç-heçə etdikləri qrup mərhələsinin IV tur oyununda yiyələnib.

39-cu dəqiqədə penaltidən fərqlənən fransalı forvard Paris təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirindəki qollarının sayını 31-ə çatdırıb. Mbappe hazırda İspaniya "Valensiya"sında çıxış edən Edinson Kavanini (30 qol) geridə qoyub.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM