satellite   Azerspace-1: 11135 H 30000

Bu gün I Divizionda 7-ci turun mərkəzi görüşü baş tutacaq: “Araz-Naxçıvan” - “Turan Tovuz-2”

Bu gün I Divizionda 7-ci turun mərkəzi  görüşü baş tutacaq:  “Araz-Naxçıvan”  - “Turan Tovuz-2”

Futbol üzrə Azərbaycan I Divizionunun VII turu çərçivəsində “Araz-Naxçıvan”   “Turan Tovuz-2”ni qəbul edəcək. 

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, futbolsevərlərin maraqla gözlədiyi qarşılaşma Naxçıvan Muxtar Respublika Stadionunda saat 16:30-da başlayacaq.

Xatırladaq ki, “Araz-Naxçıvan” klubu çempionatın ötən 6 turunda maksimum nəticə göstərərək 18 xalla turnir cədvəlinin lideridir. Naxçıvan təmsilçisi rəqib qapılarından 20 qol keçirdiyi halda, öz qapısından 2 top buraxıb.

“Qırmızı-ağlar”ın bu turdakı rəqibi Tovuz təmsilçisi isə I Divizionda keçirdiyi 5 oyundan 4 qələbə, bir məğlubiyyətlə ayrılıb. “Turan Tovuz-2” hazırkı nəticəyə əsasən çempionatda 2-ci sırada qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM