satellite   Azerspace-1: 11135 H 30000

“Real Madrid” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb

“Real Madrid” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb

İspaniyanın “Real Madrid” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Madrid təmsilçisi buna turnirin qrup mərhələsinin dördüncü turunda Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına qarşı keçirdikləri səfər oyununda (1:1) nail olub.

İspaniya çempionu tarixində 31-ci dəfə qitənin bir nömrəli klub turnirində pley-offa yüksəlib. “Real” iştirak etdiyi bütün yarışlarda qrupdan çıxan yeganə komandadır.

Madrid təmsilçisi yalnız 1996/1997-ci il mövsümündə pley-offda iştirak edə bilməyib. Buna İspaniya nəhənginin həmin mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməməsi səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM