satellite   Azerspace-1: 11135 H 30000

Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında iki rekorda imza atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 30 yaşlı hücumçu buna Şotlandiyada "Reyncers"i 7:1 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin IV tur oyununda yiyələnib.

76, 80 və 81-ci dəqiqələrdə fərqlənən misirli forvard 6 dəqiqə 12 saniyəyə het-trik etməyi bacarıb.

Əvvəlki rekord hazırda Türkiyənin "Qalatasaray" komandasında çıxış edən Bafetimbi Qomisə məxsus olub. 37 yaşlı hücumçu 2011-ci ildə Fransa "Lion"unda çıxış edən zaman Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşdə 8 dəqiqəyə 3 qol vurub.

Bundan əlavə, Məhəmməd Salah qitənin bir nömrəli klub turnirində ən çox fərqlənən afrikalı futbolçu ünvanına da sahib çıxıb. Çempionlar Liqasındakı qollarının sayını 45-ə yüksəldən hücumçu Kot d İvuardan olan Didye Droqbanı (44 qol) geridə qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM