satellite   Azerspace-1: 11135 H 30000

UEFA Avropa Liqası: “Qarabağ” klubu bu gün “Olimpiakos”u qəbul edəcək

UEFA Avropa Liqası: “Qarabağ” klubu bu gün “Olimpiakos”u qəbul edəcək

Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun komandası G qrupunun dördüncü turunda Bakıda Yunanıstan “Olimpiakos” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.

“Qarabağ” G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir. Ağdam təmsilçisi ən azı heç-heçə sayəsində qrup üçüncülüyünü və UEFA Konfrans Liqası üçün pley-offa vəsiqəni təmin edəcək.

Qrupun digər görüşündə 9 xala malik Almaniyanın “Frayburq” klubu Fransada “Nant” komandasının qonağı olacaq. İlk iki pilləni rəsmiləşdirmək üçün qonaqlara bərabərlik də kifayət edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM