satellite   Azerspace-1: 11135 H 30000

“Bavariya” klubu UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib

“Bavariya” klubu UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib

Almaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunlarında ən uzun məğlubiyyətsizlik seriyasına görə turnirin rekorduna imza atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Almaniya klubu Çempionlar Liqasının qrup mərhələsində ardıcıl 11 oyunda qalib gəlib.

Əvvəllər turnirdə iştirak edən komandaların heç biri belə nailiyyət əldə edə bilməyib.

Belə ki, oktyabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun oyununda “Bavariya” Çexiyanın “Viktoriya Plzen” klubunu 4:2 hesabı ilə məğlub edib. Yulian Nagelsmanın komandasının heyətində Leon Goretska dubla, Sadio Mane və Tomas Müller hərəyə bir qola imza atıblar.

“Bavariya” 4 oyundan sonra 12 xalla C qrupunun turnir cədvəlinə başçılıq edir. O, beşinci turda “Barselona” ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM